Ru
17:06 / 29 Sentyabr 2026

Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı

Bakı yağışa hazırdır? -  Riskli ərazilər açıqlandı
Eye

İntensiv yağışlar zamanı riskli ərazilərdə qabaqlayıcı tədbirlər görülür.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yağış və tullantı su kollektorları, kanalizasiya nasos stansiyaları və əlaqəli xətlərin işi hava şəraitinə uyğun tənzimləndiyini bildirib.

Xırdalan, Binəqədi, Biləcəri, Qaradağ, Xətai, Nizami, Nərimanov və Sabunçunun bəzi ərazilərində kollektor və nasos sistemləri gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır.

Güclü yağış proqnozu olduqda riskli ünvanlar əvvəlcədən müəyyənləşdirilir, xüsusi nasos və texnikanın həmin ərazilərə yaxın yerləşdirilməsi təmin olunur. Zərurət yaranarsa, su axınlarının alternativ istiqamətlərə yönləndirilməsi üçün texniki imkanlardan istifadə edilir. Məqsəd su yığıntılarına daha operativ müdaxilə etməkdir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar