Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı şok təfərrüat məlum olub.
"Bakupost" Modern.az-a istinadən xəbər verir ki, cinayəti törədən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.
Şübhəlinin sosial mediadakı paylaşımlarında "Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin", "Can almasam, can vermərəm", "Düz sözdür, namusu belə təmizləmək lazımdır" və "Son gün az qalıb, intiqamımı alacam" kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.