Ru
19:20 / 04 Avqust 2026

Bakıda 9 yeni metro stansiyası inşa ediləcək - Bu tarixdə...

Bakıda 9 yeni metro stansiyası inşa ediləcək -  Bu tarixdə...
Eye

"Bakı metropoliteni yeni 9 stansiyanın tikintisinə başlayacaq".

"Bakupost" xəbər verir ki, bu barədə "Oxu.az"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır:

"Bənövşəyi" xətt üzrə 5, "yaşıl" xətt üzrə isə 4 stansiyanın tikintisindən söhbət gedir. Yaxın vaxtlarda həmin stansiyaların tikintisi üzrə müsabiqə elan olunacaq.

Müsabiqənin qalibləri müəyyən ediləndən sonra stansiyaların tikintisinə start veriləcək.

Stansiyaların tikintisinə gələn ildən başlanacaq. 9 stansiya 2030-cu ilə qədər tikilib istifadəyə veriləcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar