Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki səkidə asfalt qatı çöküb.
Baskupost.az Oxu.Az -a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) ərazidə apardığı qazıntıdan sonra səkiyə asfalt örtüyü çəkilib. Bundan cəmi bir gün sonra yeni çəkilən qat tamamilə çöküb.