Ru
15:48 / 13 Avqust 2026

Bakıda atasına cavab qaytaran qız döyüldü

Bakıda atasına cavab qaytaran qız  döyüldü
Eye

Bakının Sabunçu rayonunda 47 yaşlı kişi qızına xəsarət yetirib.

"Bakupost" xəbər verir ki, 1979-cu il təvəllüdlü Mərdan birgə yaşadıqları evdə qızı Təranə (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Bu zaman qız atasına kobud cavab qaytarıb. Bundan qəzəblənən ata qızının üzərinə hücum edib, əli ilə iki dəfə onun üz nahiyəsindən, bir dəfə isə təpiklə ayaq nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı qızını döyən ataya qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş qız atasına qarşı şikayətindən imtina edib, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.(demokrat.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar