Ru
17:05 / 15 İyul 2026

Bakıda avtobusda istidən boğulan sürücü görün nə etdi - VİDEO

Bakıda avtobusda istidən boğulan sürücü  görün nə etdi - VİDEO
Eye

Bakıda “Koroğlu” metrosu - “Savxoz Ramana” qəsəbəsi istiqamətində hərəkət edən 162 nömrəli avtobuslarda kondisioner problemi sərnişinlərin narazılığına səbəb olub.

“Bakupost”a daxil olan şikayətlərə görə, son 2-3 həftədir yenilənən avtobuslarda kondisionerlər işləmir. Nəticədə sərnişinlər isti hava şəraitində əziyyət çəkir, sürücülər isə çıxış yolu olaraq avtobusları qapıları açıq idarə edirlər.

“AYNA, sizin qaynar xəttinizə (141) zəng etməkdən, şikayət bildirməkdən, kontur sərf etməkdən, sürücülərə irad bildirməkdən bezmişəm. Niyə bu qədər laqeyidsiniz? 162 saylı avtobuslara qarşı niyə tədbir görülmür? Qəsəbədə yaşayan insanların nə günahı var? Bizə isti deyil? Sürücülər istidən boğulmamaq üçün kameraların olduğu ərazilərə qədər qapıları açıq vəziyyətdə saxlayırlar. Bu qanunidirmi? Nə qədər şikayət edək? Qurumdan mənə bildirirlər ki, daşıyıcı şirkətlərə xəbərdarlıq edilib və bütün kondisionerlər işləkdir. Amma hazırda yoldayam, avtobusların heç birində kondisioner işləmir. Niyə yalan məlumat verilir? Daşıyıcı şirkətlərə sözünüz keçmir? İnsanlara hər addımda cərimə tətbiq edirsiniz, bəs sizi necə cərimə edək?”, - deyə narazı sərnişin bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Bakupost”un sorğusuna cavab olaraq bildirilib ki, yay mövsümü ərəfəsində daşıyıcı şirkətlərə müvafiq tapşırıqlar verilir:

“Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar