Ru
19:36 / 16 Sentyabr 2026

Bakıda avtobuslardan istifadə - Rekord qeydə alındı

Bakıda avtobuslardan istifadə -  Rekord qeydə alındı
Eye

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub.

Bu barədə "Bakupost"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ötən gün Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. Ötən ilin eyni günü ilə müqayisədə artım 18% və yaxud təxminən 300 min nəfər olub.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumatda isə bildirilib ki, sentyabrın 15-də metrodan 605 081 sərnişin istifadə edib.

"Halbuki ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub. Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3% çoxdur", - məlumatda qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar