Ru
09:56 / 11 Avqust 2026

Bakıda avtomobil salonu yandı - VİDEO

Bakıda avtomobil salonu yandı  - VİDEO
Eye

Babək prospektində avtomobil salonu yanıb.

"Bakupost" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15 kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən "BMW" markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.

Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar