Ru
16:44 / 19 Sentyabr 2026

Bakıda baş verən güclü yanğın oldu

Bakıda baş verən güclü yanğın oldu
Eye

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.


Bu barədə "Bakupost"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 95 m² olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar