Ru
12:45 / 14 May 2026

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
Eye

Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində tikilmiş 22 ev müəyyən edilib.

Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin evlər vaxtilə su idarəsinin də razılığı ilə tikilib:

"Lakin o evlərinin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək. Hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir. Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə problem olmasın. Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmiş evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi həyata keçirilir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar