Bakıda 114B marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı şikayətlər səngimir.
“Bakupost”un qaynar xəttinə mütəmadi olaraq avtobusların yararsız vəziyyətdə olması, eləcə də reyslər arasındakı intervalların uzun olması ilə bağlı müraciətlər daxil olur.
Sərnişinlərin sözlərinə görə, avtobusların saat 00:00-dək fəaliyyət göstərməsi nəzərdə tutulsa da, marşrut üzrə hərəkət saat 23:00-da dayandırılır.
Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həll olunmur.
Sərnişinlərdən biri avtobusun sınıq oturacağı ilə bağlı görüntüləri də redaksiyamıza göndərib.
Məsələ ilə bağlı AYNA-dan “Bakupost”a bildirildi ki, daşıyıcı tərəfindən avtobusların dəyişdirilməsi nəzərdə tutulub.
Lalə, BakuPost
