Ru
23:41 / 06 Avqust 2025

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi
Eye

Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb.

Bakupost.az xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb.

Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Artıq Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi yekunlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar