Son günlər Azərbaycanda yağan güclü yağışlar bir çox ərazidə ciddi problemlər yaradıb. Xüsusilə fərdi yaşayış evlərinin su altında qalması sakinlərə həm maddi ziyan vurub, həm də onların gündəlik həyatını çətinləşdirib.
Yaranmış vəziyyətin daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Xüsusilə subasma riski yüksək olan ərazilərdə evlərin taleyi və qiymətlərin necə dəyişəcəyi hazırda geniş müzakirə olunur.
Mövzu ilə bağlı
Bakupost.az -a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ənənəvi olaraq martın sonlarından avqustun sonuna qədər Bakı və Abşeron ərazisində fərdi yaşayış evlərinə, torpaq sahələrinə və bağ evlərinə tələbat artır:
“Son illərdə Bakıda aparılan söküntülər nəticəsində evləri dağıdılan sakinlərin bir hissəsi paytaxtətrafı ərazilərə üz tutub. Bu isə həmin ərazilərdə qiymət artımına səbəb olmuşdu. Lakin son günlər yağan güclü yağışlar nəticəsində Bakı və Abşeronun bir çox yerlərində subasma halları qeydə alınıb. Bu hallar əsasən fərdi yaşayış massivlərində müşahidə olunub. Yüzlərlə evin su altında qalması həmin ərazilərdə daşınmaz əmlaka tələbatın kəskin azalmasına gətirib çıxaracaq”.
Ekspert qeyd edib ki, bu cür problemlərin əsas səbəblərindən biri tikililərin düzgün təyinatlı torpaqlarda inşa olunmamasıdır:
“Yaşayış məntəqəsi təyinatlı torpaqlarda inşa olunan evlərdə kanalizasiya və suötürücü xətlər mövcud olur. Lakin çıxarışsız fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə bu infrastruktur ya yoxdur, ya da çox zəifdir. Bu da subasma hallarını qaçılmaz edir. Nəticədə həmin ərazilərdəki evlərin qiymətində azalma müşahidə olunacaq və yaxın vaxtlarda kütləvi satışlar baş verəcək”.
Əmlak eksperti Elnur Azadov isə hesab edir ki, bazarda dəyişikliklər mərhələli şəkildə baş verəcək:
“Artıq alıcılar fərdi ev alarkən ərazinin subasma riski daşıyıb-daşımadığını nəzərə alacaqlar. Kanalizasiya sistemi olan və nisbətən hündür ərazilərdə yerləşən evlərə tələbat artacaq. Əksinə, çökək ərazilərdə və infrastruktur problemi olan yerlərdə tələbat azalacaq. Bu proses müəyyən müddət davam edəcək. Ola bilsin ki, bir neçə ildən sonra alıcıların diqqəti yenidən dəyişsin”.
Lalə, BakuPost
Həm sənəd vermək istəmirlər,həm də su basanda düzgün yer və tikili olmadığını qeyd edirlər.Bilərəkdən kanalizasiya sistemini düzəltmirlər.Bu da təmiz Binəqədi!İnsan məcbur olmasa elə yerdə yaşayar?Qeydiyyatdan sözdə ola bilməz.
Zəlzələ olanda bina evlərinin keyfiyyətini hamı görəcək ????????
İş yerləri açmaq üçün sahibkarlara daha aşağı vergi tələbləri olmalıdır. Məsələn: mən şəxsən Azərbaycanda heç vaxt istehsalı olmayan bir avadanlığın çertyojunu cızıb bir müəsisəyə satmaq üçün danışdım razılaşdılar. Xaricdən gələn qiymətə nisbətən cüzı aşağı qiymət bu işi gördüm təhvil verdim. Nəticədə vergiyə verdiyim məbləğ mənim qazancımdan 2.1 dəfə çox oldu. Çünki lazım olan materiallar da xaricdən gəlir. Yenə sifarişlər gəlir amma məcburən imtina edirəm, çünki xırda səhvlik vəya zəmanət halı zamanında çəkiləcək xərcləri nəzərə alsaq mən ziyan etmiş sayılıram. İstehsalçı üçün daha əlverişli şərait olmasa yeni iş yerləri açmaq da çətindir. Çindən gətirilən elə aparatlar varki bura çox baha gəlir və onların təmiri üçün məcbur öz ehtiyyat hissələrini almaq lazım olurki buda çox bahadır. Mən bu sistemi artıq çözmüşəm özüm o aparatın daha funksionalını yığa bilirəm, nümunə üçün yığmışam hətta. Amma bunu geniş istehsal etmək üçün şərait əlverişsizdir. Əlverişli şərait olsa təxmini 50-60 nəfərlik iş yeri açmaq olar. Bu məhsulumuzu xaricə də sata bilərik çünki sərhəd olduğumuz ölkələrdə bu aparatlar istehsal olunmur amma tələbatları var.
Biri də demir ki bu su basmasinin esas sebebi doldurulan gollerdir. Hansi ki onlar suni drenaj və şambo funksiyasini görür. Bu vəziyyətlə bağlı cinayət işi acilmalidir bir mənalı sekilde
Alıcı ola bilməyənlər üçün evsizlik barədə dövlət qeydiyyatı var?
Bes bina evlərinə tələbat necə? Qiymət artımı ya azalma gözlənilirmi
Dünyaca suveren Azərbaycanın İqtisadi Varlığına ən azı beş milyon daxili və dünyəvi səmərəli yüksək keyfiyyət rəqabətli tələbat məhsulları istehsal edən daimi iş yerlərinin fəaliyyəti gərəkdir! Acizanə ən ucuz Kərə yağı təklif yaxın qonşu İranı darmadağın etdilər? Ukraynanın işğalından sonra taxıl daha ucuz olacaqmı, Şimala doğru ildə neçə yüz gəmilərimiz, neçə milyon ton məhsulumuzu çıxara bilərik? Addımbaşı ev Alqı-Satqısı və real dəyərindən *baha başa gələn* çox sıx bina yerləri, onlar üçün daha effektiv-əhəmiyyətli deyil, yekunda daha bahalı olmaqla, daha çox qüsurlu, təhlükəli binalar, mənil-yaşayış kompleksləri təqdim etməkdədirlər?