Bakının “Gənclik” metrostansiyası yaxınlığında fəaliyyət göstərən “Çinar” kitab evi bu gündən etibarən bağlanıb.
“Bakupost” xəbər verir ki, beş ildir fəaliyyət göstərən kitab evindən mağazanın fəaliyyətini dayandırdığı açıqlanıb.
“Bizim üçün sadəcə “müştəri” olmadınız. Mağazamızın qapısından içəri daxil olan hər bir insanla birlikdə bir xatirə, bir söhbət, bir təbəssüm qaldı. Kiminsə ilk məktəb çantasını bizdən alması, kiminsə övladı üçün kitab seçməsi, illər sonra yenidən gəlib “bunu sizdən almışdım” deməsi... Bu beş ilin ən gözəl tərəfi məhz siz oldunuz", - deyə qeyd olunub.
Yasəmən, BakuPost