Ru
12:48 / 03 Noyabr 2023

Oqtay Şirəliyevin klinikası BAĞLANIR

189901
İcbari Tibbi Sığortanın tətbiqindən sonra bir sıra özəl klinikalarda pasiyent çatışmazlığı yaranıb.

Bu da tibb ocaqlarında maliyyə böhranına səbəb olub.

Ona görə bir sıra böyük klinikaların fəaliyyətinin dayandırılacağı gözlənilir.

Bakupost.az Medicina.az-a istinadla onların bəzilərinin adlarını təqdim edir:

- Xətai Estetik Mərkəzinin yaxın günlərdə fəaliyyətini dayandıracağı gözlənilir.
- Avrasiya Hospitalı demək olar ki, əvvəlki fəaliyyətinin 90 faizini yerinə yetirmir.
- Borcla yüklənən və ağır duruma düşən klinikalardan biri də Respublika Diaqnostika Mərkəzidir (RDM).


Bakupost.az xatırladır ki, RDM keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə məxsusdur. O, ötən ilin feral ayında bu xəstəxananı öz adına keçirmişdi.



Şərhlər
  • Kolxozdari

    Digər əski SSRİdən müfəssəl xəbərimiz yoxdur, Azərbaycanımızda hədsiz şişirdilmiş neft-qazdan sonra sahə ölçüsünə görə ən çox kapital səhiyyəyə yatırılıb! Yeni-müasir klinikaların əksəri özəl olsa da, (kapitalın ödənməsini nədənsə) əhaliyə sığortaladılar!? AzSSR dövründə Həmkar ödənişi maaşın neçə faizi idi? 4 həftəyə qədər tədqiq və müalicə xəstəxanarı, sanatoriya və kurortlar da ölkəmizdə faydalı xidmət göstərirdilər? Hamısı qoyuram kənara və aşkar görünür ki, səhiyyə-tibb müalicə-sağlamlıq xidmətindən dərmanları da, xidmət andı da ümumən qeyri-müəyyən biznes sahəsi ahəngi alıb!

  • Zöhrə

    Oqtay Şialiyev,Nazir işləyən müddət ərzində hər bir öhtəlikləri yerinə yetirib,və böyük addımıar atıb bu danınılmaz bir fakdır qöz önündə.Kim nə desədə,ya böhdandır,ya hansısa məqsədlə qaralamadır.Oqtay Şirəliyev vəzifədən gedəndən sonra çooox böyük dəyişiklik oldumu?Mənə sadəcə maraqlıdır.

  • Zöhrə

    Oqtay Şialiyev indiyə kimi nazir işləyən vaxta kimi yetəri dərəcədə hər bir öhtəlikləri yerinə yetirib.Kim nə desədə vəzifədən gedəndən sonra çooox böyük dəyişiklik oldumu?Kim nə desədə sadəcə böhtandır.Şəxsən mən deyə bilərəm səhiyyə

  • t.ədalət

    Oqtay Şirəliyevin kommersiya obyekti bağlanıb,cəhənnəmə bağlanıb.

  • R. A

    RDM - in kifayet qeder pasienti olur, maliyye bohrani ile uzleshmeyinin sebebi durmadan yeyenlerin ucbatindadir! Chox heyif orda ishleyen sade insanlara, ishsiz qalacaqlar!

  • Afiq

    Klinikalar dəhşət bahaçılıqdı. Bu yaxınlarda 15 gün olar Respublika Diaqnostikada nervpataloq Rena xanımın qəbuluna getdim . Tək qəbulu 100 AZN idi . İkinci dəfə kim gedər ora. Belə edirlər ki bağlanır. Cəhənnəmə bağlansın başdarına uçsun.

  • Əsədli

    Öz qoca qrup yoldaşını direktor təyin etməklə bizim institutu da viran qoydu

  • Əmir Qasımov

    Astarada NRT KT olmadığından oassientlər Lənkərana üz tuturlar və yollarda əziyyət çəkirlər .Sanitarkani beş minə götürən baş həkim heç narahat deyil .Çunki dərman alverviliyindən gəlib baş həkim olubdur.

  • Həsən Mehdi

    Səhiyyə gündən günə daha da bərbad hala düşür. Həkimlər öz bildiklərini edirlər. Bir həkimin qəbuluna gedirik, əlimizdə bütün analizlər və çəkiliş diskləri var. Bizə deyir ki, mən onlara inanmıram, siz mən deyən klinikaya gedin, yeni dolayı yolla onu demək istəyir ki, ordan mənə % gəlir. Bir çox həkimlər sığortaya yaxın durmurlar, səbəbini də belə izah edirlər ki, onlardan çox cuzi % gəlir. Bir çox xəstəxana ƏDV vermirlər, bəhanə edirlər ya aparatları işləmir, ya da internetləri dönür. Özlərini elə aparırlar ki, sanki belə də olmalıdır, guya onlar belə tapşırıq verilib...

  • Qazıyev Süleyman

    Oqtay Şİrəliyev yuxarıların himayəsi ilə ölkəmizin səhiyyəsini heçə endirdi. Səhiyyədə açıq korrupsiya yaratdı və əlinə keçən hər şeyi talan elədi. Bu vicdansız cinayətkarın əməli nəticəsində 9-cu mikrorayonda bir uşaq və iki böyüklər poliklinikaları bir həyətdə köhnə binada yerləşirlər və bunlarda hətta normal rentgen aparatı da yoxdur. Rayonlarda təzə xəstəxanalar istifadəyə veriləndə MRT, KT aparatları quraşdırılırdı. İlham Əliyev lenti kəsib qayçısını cibinə qoyan kimi bu aparatları növbəti xəstəxana üçün Bakıya aparırdılar. Sənədlə rayon xəstəxanalarında bu aparatlar var, ancaq həqiqətdə onlar çoxdan oğurlanıblar. Əlbəttə indiki baş prokuror və keçmiş Baş Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisinin bu maliyyə cinayətlərindən xəbəri yoxdur. Oqtay Şirəliyev deyil cinayətkar. Cinayətkar onu bu vəzifədə uzun illər saxlayandır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər