Ru
09:00 / 23 İyun 2026

Bakıda da yayılmağa başladı: öldürsək, hansı cəza gözləyir?

Bakıda da yayılmağa başladı: öldürsək, hansı cəza gözləyir?
Eye

Azərbaycanda bir çox heyvanların, eləcə də küçə itlərinin öldürülməsi hüquqi məsuliyyət yaradır. Belə hallara yol verən şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnə, bəzi hallarda isə daha ciddi məsuliyyətə cəlb oluna bilərlər. Havaların isti keçməsi ilə artıq Bakıda da ilanların da aktivliyi artır və insanlar təhlükəsizlik məqsədilə onları öldürməyə çalışırlar.

Bəs ilanın öldürülməsi qanunla qadağandırmı? Bu əməli törədən şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərov son illər insanın təbiətə müdaxiləsi getdikcə artır deyib.

“Bunun nəticəsində ölkəmizin fauna müxtəlifliyi, yəni vəhşi heyvan növləri müxtəlif təhlükələrlə üz-üzə qalır. Bəzi növlərin populyasiyası azalır, hətta zaman keçdikcə tamamilə yox olmaq riski ilə qarşılaşa bilir. Məhz buna görə də dövlət fauna növlərinin qorunması və bərpası istiqamətində hüquqi mexanizmləri gücləndirir. Bu, yalnız nəsli kəsilmək təhlükəsində olan növlərə deyil, ümumilikdə biomüxtəlifliyin qorunmasına xidmət edir. Hüquqi məsuliyyətin müəyyən edilməsi, cərimələrin tətbiqi, normativ aktların qəbul olunması və insanların bu barədə məlumatlandırılması da eyni məqsədə xidmət edir”.

T.İsgəndərov deyib ki, belə qanunların və cərimələrin əsas məqsədi vətəndaşları cəzalandırmaq deyil:

“Bu qanunlar insanın təbiətə mənfi təsirini azaltmaq, fauna müxtəlifliyini qorumaq və gələcək nəsillər üçün sağlam ekoloji tarazlığı təmin etməkdir. Bu baxımdan hüquqi tənzimləmələr ekoloji təhlükəsizliyin vacib alətlərindən biri hesab olunur”.

Qeyd edək ki, heyvanlara qarşı qəddar rəftarla bağlı məsuliyyət həm Qanunda, həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi çərçivəsində nəzərdə tutulub. İXM‐nin 274-cü maddəsində heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə cərimə tədbiri mövcuddur:

fiziki şəxslər üçün – 500 manatdan 1000 manatadək
vəzifəli şəxslər üçün – 1500 manatdan 2000 manatadək
hüquqi şəxslər üçün – 4000 manatdan 5000 manatadək

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar