Ru
14:48 / 21 Sentyabr 2026

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - FOTO

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - FOTO
Eye

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.

Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib.

Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, NDU-nun ilk “Stomatologiya” ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində tanınmış klinikalarda stomatoloq-implantoloq kimi fəaliyyət göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar