Ru
09:16 / 02 Oktyabr 2026

Bakıda tanınmış rəqqas həyat yoldaşına şiddət göstərdi - VİDEO

Bakıda tanınmış rəqqas həyat yoldaşına şiddət göstərdi - VİDEO
Eye

Bakıda qadın həyat yoldaşının ona fiziki şiddət göstərdiyi anları lentə alıb.

“Bakupost” xəbər verir ki, o, görüntüləri sosial media hesabında paylaşaraq kömək istəyib.

Kadrlarda hərəkətdə olan avtomobildə qadınla kişinin əvvəlcə mübahisə etdiyi görünür. Daha sonra kişi avtomobili saxlayaraq qucağında uşaq olan həyat yoldaşına fiziki şiddət göstərməyə başlayır.

Qadın paylaşımında həyat yoldaşının adının Nicat Azadlı olduğunu qeyd edib. O, həyat yoldaşı və onun ailə üzvləri tərəfindən uzun müddət təzyiq və zorakılığa məruz qaldığını iddia edib.

Qadın həmçinin bildirib ki, ona qarşı edilən zorakılıqlarla bağlı polisə müraciət edib və iş məhkəməyə gedib. Onun sözlərinə görə, nəticədə həyat yoldaşına 1500 manat cərimə tətbiq olunub:

"Hamının yaxşı bildiyi Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi Nicat Rəqqas öz uşağının həyatına şiddət göstərərək dünyaya gəlməsinin qarşısını aldı, onu öldürdü. Vəhşicəsinə hər gün döydü. Atası hər dəfə ona yol göstərərək “Get, onu öldür, gir türməyə, 30 000-40 000-dən sonra qurtul”deyirdi. Anası öz övladı Nicata “Raul hələ dünyaya gəlməmiş getsin, rədd eləsin, bizə o uşaq lazım deyil, istəmirik” deyib. Səs yazısı da hazırda var.

Bütün verdiyi zülmlərə susuldu. Şəkillərlə, sübutlarla, səs yazıları və videolarla polisə müraciət etdim. İş məhkəməyə getdi, amma mənim ölən övladımın haqqı 1500 AZN cəriməyə dəyişildi???

Bu günkü gündə təkbaşına baxdığım, böyütdüyüm övladımın uşaqkən aldığı bütün travmalar 1500 AZN dəyərindədir? Mənə anası, atası, bacısı, özü tərəfindən olunan təhqirlər, tənqidlər, bacısının üstümə hücum çəkib məni döyməyə cəhd etməsi, məni alçaltmaları 1500 AZN məbləğindədir?

Xahiş edirəm, mənim də, Raulun da yaşadığımız bu qorxunc günlərə susmayın!!! Yalvarıram sizə...".

"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Lalə Novruz,BakuPost




Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar