Ru
01:51 / 07 Dekabr 2025

Bakıda film kimi hadisə - FOTO

Bakıda film kimi hadisə - FOTO
Eye

3-cü mikrorayon dairəsi yaxınlığında, Alı Mustafayev küçəsində insident yaşanıb.

Bakupost.az xəbər verir ki, dekabrın 6-dan 7-ə keçən gecə, saat təxminən 00:00 radələrində polisin “saxla” əmrinə tabe olmayan 77 UE 783 nömrə nişanlı avtomobili polis maşını qovub və 3-cü mikrorayon dairəsinə girişdəki işıqforda önünə keçərək saxlayıb.

Arxadan isə ÇPA-nın avtomobili dayanıb. Hərəkəti üçün heç bir imkanı qalmayan sürücü maşından düşərək, 3-cü mikrorayon bazarı istiqamətində qaçmağa başlayıb. Bundan sonra polislər də onu təqib ediblər.

Bu arada yolun ortasında qalan avtomobil qısamüddətli sıxlığa səbəb olub. Az sonra polislər maşını yoldan götürüb.

Film kimi hadisənin fotolarını təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar