Ru
16:13 / 25 Avqust 2026

Bakıda gecə klubu yanır - FOTO

Bakıda gecə klubu yanır  - FOTO
Eye

Bakıda gecə klubunun dam örtüyü yanır.

"Bakupost" xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən "Burju Baku" gecə klubunun dam örtüyündə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar