Ru
14:48 / 20 İyun 2026

Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - VİDEO

Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi  - VİDEO
Eye

Paytaxtın əyləncə məkanlarında müştərilərin, xüsusilə də xarici vətəndaşların aldadılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.


Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, "aveadelli" ləqəbli bloger Bakıda başına gələnlərdən danışıb.

Onun iddiasına, gecə klubunda axşamını keçirən xarici turistə xidmətin sonunda təqdim olunan hesab gözləniləndən dəfələrlə yüksək olub. Belə ki, standart sifarişlərdən ibarət menyu üçün əcnəbi qonaqdan 1270 manat ödəniş tələb edilib.

Mütəxəssislərin fikrincə, yerli müştərilər bu kimi hallara qarşı daha ehtiyatlı davrandıqları üçün bəzi obyektlərdə əsas hədəf kimi xarici turistlər seçilir. Qiymətlər və yerli qaydalar barədə kifayət qədər məlumatlı olmayan qonaqlara yüksək məbləğlərin təqdim edilməsi isə narazılıqlara səbəb olur.

Belə hallar ölkənin turizm nüfuzuna mənfi təsir göstərir və xarici qonaqlarda xoşagəlməz təəssürat yaradır. Onların sözlərinə görə, istehlakçı hüquqlarının qorunması məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi və bu sahədə şəffaflığın artırılması vacibdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar