Ru
09:27 / 11 Noyabr 2021

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - AÇIQLAMA

2984
“Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.

Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq:

“Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək”.

O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq”.

G.Məmmədova əlavə edib ki, noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər