Ru
09:53 / 16 Sentyabr 2026

Bakıda insident: dayısını bıçaqladı

Bakıda insident: dayısını bıçaqladı
Eye

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsinin Hüsü Hacıyev küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Nüsrət Müslüm oğlu Məmmədov yaşadığı evdə bacısı oğlu ilə mübahisə edib. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, N.Məmmədovun bacısı oğlu əvvəlcə onun üzünə, daha sonra bədəninə bıçaq zərbələri endirib.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar