13:18
Bakının Nəsimi rayonunda köhnə tikili yanır.
"Bakupost"un əldə etdiyi məlumata görə, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Lalə, BakuPost
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.