Ru
19:39 / 13 Noyabr 2025

Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB

Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB
Eye

Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır.

Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda sökütnü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır.

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə Pir məscidinin alt hissəsini əhatə edəcək.

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.

Bununla yanaşı, paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar