Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakıda turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə, lüks avtomobil - "Lamborghini" gəlib.
"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında sözügedən videonun bir müddət əvvəl çəkildiyini bildirib.
“Həmin videodakı “Lamborghini” reklam olaraq istifadə olunmuşdu. Kimsə o vaxt çəkib, indi yayımlayıb.
Hazırda bizdə o dərəcədə lüks avtomobil kateqoriyası yoxdur. Qlobalda var, bizdə yoxdur”, - o əlavə edib.