Ru
10:24 / 28 Mart 2026

Bakıda leysan rekord qırdı: yollardakı vəziyyətlə bağlı yeni görüntülər

Bakıda leysan rekord qırdı: yollardakı vəziyyətlə bağlı yeni görüntülər
Eye

Bakı və Abşeron yarımadasında artıq ikinci gündür aramsız leysan yağır. Güclü yağıntılar nəticəsində paytaxtın bir çox küçə və prospektlərində iri gölməçələr yaranıb, bəzi ərazilərdə isə hərəkət xeyli çətinləşib. İntensiv yağışlar səbəbindən bəzi evləri də su basıb.

Bakupost.az xəbər verir ki, dünən saat 22:00-a olan məlumata əsasən, ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib. Bakıda və Abşeron yarımadasında yağan güclü yağışın miqdarı 58 mm təşkil edib ki, bu da aylıq normanın 247 faizinə bərabərdir.

Məlumata görə, martın 28-i ərzində də yağıntıların davam edəcəyi, bəzi yerlərdə intensiv xarakter alacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində güclü yağışlarla əlaqədar subasma hallarının davam edəcəyi bildirilir. Martın 29-u gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır.

Aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün işlərə cəlb olunsalar da, yollarda vəziyyət hələ də gərgin olaraq qalır. Xüsusilə aşağı ərazilərdə suyun yığılması nəqliyyatın hərəkətinə ciddi maneələr yaradır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar