Ru
21:58 / 24 İyul 2026

Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?

Bakıda Oktyabr küçəsi -  Sovet ənənəsini yaşadırıq?
Eye

Sabunçu rayonunun Zabrat qəsəbəsində küçələrdən birinin “Oktyabr” adlanması müzakirələrə səbəb olub. “Oktyabr” sözünün Sosialist İnqilabı ilə (Oktyabr İnqilabı) bağlı olması müzakirələrin əsas predmetinə çevrilib.

"Bakupost" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq Zabrat qəsəbəsindəki Oktyabr küçəsinin “Böyük Oktyabr Sosialist İnqilabı”na heç bir aidiyyəti olmadığı bildirilib.

Qeyd edilib ki, küçənin adı “Oktyabr” deyil, “18 Oktyabr”dır və bu da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günlə (18 oktyabr 1991-ci il) bağlıdır.

“Bəzi xəbərlərdə küçənin “18 Oktyabr” əvəzinə “Oktyabr” kimi göstərilməsi sadəcə yanlışlıqdır”, - məlumatda vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar