Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat olub.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur.
Xatırladaq ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.