Ru
19:09 / 03 Oktyabr 2025

Bakıda orta aylıq əməkhaqqı ilə nə qədər müddətə ev almaq olar? - Mərkəzi Bankdan maraqlı açıqlama

Bakıda orta aylıq əməkhaqqı ilə nə qədər müddətə ev almaq olar? - Mərkəzi Bankdan maraqlı açıqlama
Eye

Azərbaycan Mərkəzi Bankı (AMB) paytaxtda daşınmaz əmlak bazarı ilə bağlı yeni göstəriciləri açıqlayıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri üzrə təklif olunan orta mənzil qiymətlərinin şəhər üzrə ortaaylıq nominal əməkhaqqına nisbəti olduqca yüksəkdir.

Belə ki, bu nisbət 217 ay və ya 18.1 il təşkil edir. Bu isə o deməkdir ki, Bakıda bir vətəndaş ortaaylıq əməkhaqqını heç bir xərc çəkmədən yığmağa başlasa, mənzil almaq üçün ona 18 ildən çox vaxt lazım olacaq.

Məlumatda, həmçinin kirayə bazarı ilə bağlı vacib rəqəmlər də qeyd olunub.

Cari ilin iyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edib. Bu isə daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.4 faiz artaraq 1 375.4 manat təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar