Ru
18:49 / 09 İyul 2026

Bakıda qadın iş yerinin qarşısında GÜLLƏLƏNDİ: Keçmiş əri saxlanıldı - TƏFƏRRÜAT

Bakıda qadın iş yerinin qarşısında GÜLLƏLƏNDİ: Keçmiş əri saxlanıldı - TƏFƏRRÜAT
Eye

Bakıda baş verən silahlı insidentin təfərrüatı məlum olub.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə nəticəsində güllələnən Amalya Qəhrəmanova 44 yaşında olub. Qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş. O, iş yerinin qarşısında qətlə yetirilib

Hadisədə şübhəli bilinən Zaur Qəhrəmanovun isə 43 yaşı olub.

Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq, qətlə yetirib. Daha sonra o özünə atəş açıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar