Ru
10:30 / 29 İyul 2026

Bakıda qayınata gəlinini bıçaqladı

Bakıda qayınata gəlinini bıçaqladı
Eye

Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Bakupost" xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.

1997-ci il təvəllüdlü Əsgərova D. qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Yaralının yaxınlarının verdiyi məlumata görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar