Ru
16:12 / 17 İyul 2026

Bakıda qeyri-adi kənd yumurtası... - FOTO

Bakıda qeyri-adi kənd yumurtası...  - FOTO
Eye

Bakı sakini qeyri-adi hesab etdiyi kənd yumurtasının fotosunu redaksiyamıza göndərib. Fotoda yumurtanın qabığının hamar olmadığı, üzərində dalğavari və qabarıq izlərin olduğu görünür.

"Bakupost" xəbər verir ki, qida eksperti Ağa Salamov Axar.az-a açıqlamasında yaşlı toyuqlarda deformasiyalı yumurtaların əsas səbəblərindən birinin düzgün qidalanmama nəticəsində yaranan kalsium çatışmazlığı olduğunu bildirib:

“Əgər qidasında kifayət qədər kalsium olmazsa, yumurtanın qabığı nazik, yumşaq, kövrək və ya formasını dəyişmiş ola bilər. Buna görə də toyuqların yemlərinə kalsium mənbələri əlavə edilir. Məsələn, xırdalanmış mərmər tozu və ya əhəngdaşı unu kimi kalsium karbonat tərkibli əlavələrdən istifadə olunur. Bəzi hallarda qurudulmuş və xırdalanmış yumurta qabıqları da yemə qatılır.

Lakin yumurtanın keyfiyyətli olması üçün yalnız kalsium deyil, həm də D vitamini, fosfor və digər qida maddələri lazımdır. Düzgün hazırlanmış və balanslaşdırılmış yem toyuqların sağlam qalmasına, daha keyfiyyətli və möhkəm qabıqlı yumurta verməsinə şərait yaradır”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar