Ru
15:06 / 18 İyun 2026

Bakıda qonşular arasında DAVA: Qadın yolu bağladı - VİDEO

Bakıda qonşular arasında DAVA: Qadın yolu  bağladı - VİDEO
Eye

Paytaxtın Nərimanov rayonunda qonşular arasında insident baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, mübahisənin avtomobil parklanması üstündə yarandığı bildirilir.

Belə ki, videonu çəkən şəxsin sözlərinə görə, ərazidə yaşayan qadın 90 BN 959 dövlət nömrə nişanlı avtomobilini yolun ortasında saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Görüntülərdən aydın olur ki, bəhs edilən qadın isə digər şəxslərdən birini binada yaşamadan əraziyə avtomobil park etməkdə günahlandırıb.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar