Ru
09:54 / 25 May 2026

Bakıda restoranda bu da oldu: Kartofu qızartdıqları yağın pulunu hesaba yazdılar - FOTO

Bakıda restoranda bu da oldu: Kartofu qızartdıqları yağın pulunu hesaba yazdılar - FOTO
Eye

Bakıda restoranlardan biri kartofu qızartdığı yağın pulunu da hesaba yazıb.

Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış aparıcı, diksiya təlimçisi Cəlalə Nəzəroğlu bildirib.

“Yaşadığım binanın içində bir restoran var. Yumurtadan yun qırxılan bir yerdir. Yemək bişirməyə həvəsim olmadı, dedik, eybi yox, düşüb orada yeyək. Kəndsayağı kartof da sifariş etmişik. Qəbz gələndə təəccübləndim-kartofu qızartdıqları yağın da pulunu yazıblar! Çağırıb deyirəm, bu, nədir? Deyir, "free" qazanında yox, tavada qızarıb. Dedim, başa düşürəm e, kartofu çiy gətirəsi deyildiniz ki!

Onda lütfən, gedin tavanın da pulunu əlavə edin, tam ödənişi köçürüm. Gülməli açıqlama:

"Çox sağ olun ki, bildirdiniz, başa düşdük". Guya indiyə kimi xəbərləri yox imiş. Hələ bu azmış kimi, ofisanta göstəriş verir ki, yağın pulunu çıx. Üzrü qəbahətindən də böyük! Tam ödənişi etdim, amma heyif qazın və tavanın pulunu almadılar.

Rəhbərliyə sözümü necə lazımdır dediyim üçün adını yazmağı mənasız hesab edirəm. Daha öncə bütün yerlərin adını yazmışam, ondan sonra başlayıblar könül almaq məqsədilə "elçiliyə". Bu isə mənə lazım deyil”, - o qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar