Ru
14:51 / 05 Sentyabr 2025

Bakıda rusiyalılarla bağlı məsələ tam nəzarətdədir - RİA Novosti

Bakıda rusiyalılarla bağlı məsələ tam nəzarətdədir - RİA Novosti
Eye

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Bakıda saxlanılan rusiyalılarla bağlı məsələni tam nəzarətdə saxlayır, onların ailələri ilə görüşü bu yaxınlarda baş tutub.

Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, məsələ Milli Preventiv Qrupun nümayəndələrinin diqqət mərkəzində saxlanılır.

“Bu qrup onların ailə üzvlərini Ombudsman Aparatında qəbul edir, daxil olan müraciətlər qanunvericiliyə uyğun şəkildə vaxtında araşdırılır və həll olunur, zərurət yarandıqda yardım göstərilir. Onların ailə üzvləri ilə növbəti görüşü bu yaxınlarda baş tutub”, – deyə sorğuya cavabda qeyd olunur.

Qeyd edək ki, Rusiya mətbuatında guya Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının ailə üzvləri ilə görüşdürülmədiyi qeyd olunmuşdu. Lakin saxlanılan dəstə üzvlərindən birinin ailəsi “Mash” teleqram kanalına açıqlamasında həftədə 2 dəfə yaxınları ilə görüşdüklərini qeyd edib.

Aysel,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar