Ru
12:36 / 14 May 2026

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı - BŞTİ-dən açıqlama

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı - BŞTİ-dən açıqlama
Eye

175 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-ü pəncərədən yıxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar