Ru
14:55 / 10 İyul 2026

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü...

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü...
Eye

Bakıda sərnişinlərdən küsərək avtobusu saxlayıb siqaret çəkməyə başlayan sürücü ilə bağlı tədbir görülüb.

"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-a "BakuBus" MMC-dən məlumat verilib.

Bildirilib ki, şirkətin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda iyulun 9-da saat 16:30-da Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb.

Araşdırma zamanı sürücünün xidməti vəzifələrini yerinə yetirərkən pozuntuya yol verdiyi müəyyən edilib.

"Bununla əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb", - deyə açıqlamada qeyd olunub.

"BakuBus" MMC baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyib.

"Şirkət gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. Dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.

Şərhlər
  • коренная бакинка

    Nərqiz xala avtobusda olsaydı sürüb qedərdi(Əhməd haradadır)

  • Ismayilov zamin

    Yazığ neynesin her bir terefden. Söz deyir o tekdi bir aftobuzdada neqeder adam var. ..iş yerinen deyilen bir terefden insanarin dedikleri bir terefden adam yiglir. Bogaza.neyniyib ki sakitce durub qiragda dalaşasaydi bir dert dalaşmir sakit duru bir dert aftobuz şofirleridr taksi şofirleride adamadi onarida anda dogub ata ekib ..bizim miıletin eksreyetinde qanun deyende qanunan larvizin tapdalamasin deyende ancag taksi şofirleri aftobuz şofirleri pakofşiklere xadimecilere gücleri catkr qanunlari onlarda axdariıar duxun var. Get yuxardakiıarada bunaranan. Danişdigin kimi daniş haqlarivi teleb ele.vu yetimlerde yazigdi qoy cörek pulunu qazansinlar

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar