Bakıda 7A marşrutunun sürücüsü sərnişinlər arxa qapıdan mindiyi üçün küsərək avtobusu sürməkdən imtina edib.
"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın “Şamaxinka” adlanan ərazisində baş verib.
Sürücünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, bəzi avtobus sürücüləri arxa qapıdan minməyə icazə versələr də, bu dəfə sürücü vəziyyətə fərqli reaksiya verib.
Sürücü bu vəziyyətə etiraz edərək “Sürmürəm!” deyib və avtobusun hərəkətini dayandırıb.
Daha sonra sərnişinlər avtobusdan məcbur qalıb düşürüldükdən sonra nəqliyyat vasitəsi hərəkətini davam etdirib.
Daha ətraflı videoda: