Ru
16:21 / 17 Sentyabr 2026

Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!" - ANBAAN VİDEO

Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!"  - ANBAAN VİDEO
Eye

Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində qəribə olay yaşanıb.

"Bakupost" xəbər verir ki, avtobus sürücülərdindən biri sərnişinləri nəqliyyat vasitəsindən düşürtməyə çalışıb.

Bu barədə bloger Saleh Nəsirov sosial şəbəkə hesabında video paylaşıb.

Sözügedən hadisə ötən gün saat 12:50 radələrində "79" saylı avtobusda yaşanıb.

Qeyd edilib ki, 20 Yanvar ərazisində marketlə üzbəüz yolda, "79" saylı avtobusun sürücüsü sərnişinləri nəqliyyat vasitəsindən düşürməyə çalışıb.

Sərnişinlər yaranmış vəziyyətə etiraz etdikdə isə sürücü "Hara yığırsan, yığ!" - deyə onlara cavab verib.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar