Ru
18:15 / 21 Oktyabr 2026

Bakıda taksi sürücüsü tərəfindən məktəbliyə cinsi zorakılıq - ŞOK İDDİA - YENİLƏNİB

Eye

"Bakupost"un əldə etdiyi məlumata görə yetkinlik yaşına çatmayan şəxsə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.


***

17:29
Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi zorakılıq etdiyi iddia olunur.

"Bakupost" xəbər verir ki, bu barədə bloger Saleh Nəsirova zorakılığa məruz qaldığı iddia edilən məktəblinin bacısı videomüraciət ünvanlayıb.

O bildirib ki, hadisə oktyabrın 20-də qardaşı hazırlıq dərsindən evə "manatlıq" taksi ilə qayıdarkən baş verib. İddialara görə, 256 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü Çərkəz Hüseynoğlu məktəbliyə qarşı seksual hərəkətlər edib.

Məktəblinin bacısının sözlərinə görə, hadisədən sonra qardaşı şok vəziyyətində olub və evə çatdıqda baş verənləri ailəsinə danışıb.

“Bu adam artıq saxlanılıb, lakin iki gündən sonra azadlığa buraxılacaq. O, əvvəlki kimi normal həyatına davam edəcək, amma uşaqlarımızın, qardaşlarımızın və bacılarımızın təhlükəsizliyi risk altında qalacaq”, - deyə o bildirib.

"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar