Ru
11:37 / 13 Avqust 2026

Bakıda üçüncü yerüstü metro stansiyasının açılış TARİXİ

Bakıda üçüncü yerüstü metro stansiyasının açılış  TARİXİ
Eye

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:

“Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”.

Xatırladaq ki, yeni yerüstü stansiya metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunda yerləşir.

Qeyd edək ki, hazırda Bakıda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar