Ru
12:05 / 07 Avqust 2026

Bakıda vəzifəli şəxsin meyiti tapıldı

Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Eye

Bakıda mənzildən meyit tapılıb.

"Bakupost" qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.

Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

Qeyd edək ki, X.Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar