Ru
18:57 / 16 Oktyabr 2026

Bakıda yeni marşrut xətti istifadəyə verilir

Bakıda yeni marşrut xətti istifadəyə verilir
Eye

Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Bakupost"a bildirilib ki, marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.

Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,80 AZN müəyyən edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar