Ru
17:43 / 17 Oktyabr 2026

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

Bakıda yeni söküntü başlayır:  Kompensasiya veriləcək
Eye

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.


"Bakupost" “Xəzər TV”yə istinadla xəbər verir ki, bu barədə Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.

Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.

Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
a

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar