Ru
23:45 / 30 İyun 2026

Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi

Bakıdakı bazarlar bağlanacaq? -  Rəsmi
Eye

Ərzaq bazarlarında vəziyyət ürəkaçan deyil.


Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və Xəzər TV televiziya kanalına birgə müsahibəsində deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, ərzaq bazarlarında isə ümumilikdə 84 ərzaq bazarında yoxlama aparılıb. Onlardan 17 ərzaq bazarında aşkar edilmiş nöqsanlar tam aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri həyata keçirilib:

“Səkkiz bazarda nöqsanlar qismən aradan qaldırılıb. Digər 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində işlər hazırda davam etdirilir. Fürsətdən istifadə edərək bazar sahiblərinə və rəhbərlərinə müraciət etmək istəyirik ki, mövcud nöqsanları ən qısa zamanda aradan qaldırsınlar. Əks təqdirdə, heyvan bazarlarında tətbiq etdiyimiz yanaşmada olduğu kimi, həmin obyektlərdə də dövlət nəzarəti tədbirləri həyata keçiriləcək və sağlamlaşdırma işlərinin icrasına ciddi nəzarət olunacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar