Ru
22:45 / 19 May 2026

Bakıdan Tiflisə qatarlar bu saatda yola düşəcək

Bakıdan Tiflisə qatarlar bu saatda yola düşəcək
Eye

“Azərbaycan Dəmir Yolları” QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bakupost.az xəbər verir ki, Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq veriləcək.

İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Şərhlər
  • Fərid Dadaşov

    Bakı Astara qatarınıda açın artıq,Rahat gedib gəlsin insanlar

  • Nərminə Şirəliyeva

    Axır ki...????????

  • Şərif

    Yəqin 2040-cı illərin məlumatıdır bu

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar