Ru
22:22 / 14 Avqust 2026

“Bakıkart”la bağlı YENİ QƏRAR – Şəhərlər üzrə kartlar dəyişə bilər

“Bakıkart”la bağlı YENİ QƏRAR –  Şəhərlər üzrə kartlar dəyişə bilər
Eye

Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə “Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.

Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda “BakuKart” olduğu kimi, Naxçıvanda “NaxçıvanKart”, Sumqayıtda “SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?

"Bakupost" xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür.

Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi, bir-birində keçərli olması qarşıya qoyulan əsas hədəflərdən biridir.

Şərhlər
  • Fidan Rəhimli

    Bele bir şeyə heç cür ehtiyac yoxdur çünki bəzi insanlar bəlkə bir dəfə gedecey somuqayita ondada 2 manat verib kartı boş yere almağı mənasızdır çünki o kartı ehtimalıki birde istifadə etməyəcək her yerde Bakukartin istifadə olmağı daha sərfəlidir

  • Bəhlul Sovxoz kəndlisi

    İctimai nəqliyyat İstifadəçisi sərnişinləri üçün daha unikal və rahat! Lakin, sərnişin öncədən necə hər şəhər və kəndin nnəqliyyat xidməti-servisi haqda dəqiq məlumat ala bilər? Daha böyük texnoloji tərəqqi, hətta özünü tam-tanımayan milyardlar imkanı əsrində Süni İntellekt də səlahiyyət sahibinə çevrilir və bəzi *çox Uca* liderlər kimi bir gecədə yolu, ya körpünü zəbt yox, ya digərinə milyonlarla sərmayə yatırdı ki, buraları sən işlət? Nədən, tam zəmanəti olmayan manatı xərcləsin?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar