Rusiyanın tanınmış radioaparıcısı və jurnalisti Sergey Mardan növbəti dəfə Azərbaycana qarşı sərsəm və təxribatçı açıqlamaları ilə çıxış edib.
Bakupost.az Müsavat.com-a istinadla xəbər verir ki, o, Astraxan vilayətinin Olya limanında baş verən PUA insidentini şərh edərkən guya pilotsuz uçuş aparatlarının Azərbaycan istiqamətindən gəldiyini iddia edib. Onun sözlərinə görə, PUA qalıqları bir gəmiyə də zərər vurub.
Qeyd edək ki, hadisədən əvvəl rəsmi mənbələr Ukraynaya məxsus PUA-ların Olya limanına hücum etməyə çalışdığını, lakin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı. Buna baxmayaraq, Mardan yenə də həqiqəti təhrif edərək Azərbaycanı hədəfə alıb.
Daha da həyasızlığa varan jurnalist çıxışında belə deyib:
“Daha maraqlısı – Bakını nə vaxt bombalayacağıq?”
Bu sözlər sosial mediada geniş qəzəb doğurub. Azərbaycan ictimaiyyəti Mardanın açıqlamalarını yalan, böhtan və açıq-aşkar təxribat kimi dəyərləndirib. Sosial şəbəkələrdə ona ünvanlanan reaksiyalarda qeyd olunur ki, bu cür açıqlamalar Kremlin Azərbaycana qarşı yönəlmiş təbliğat kampaniyasının bir parçasıdır.
İctimai rəy bildirir ki, Mardan “deyurnu köpək” kimi hər gün Azərbaycana qarşı hürür, əsassız və həyasız iddialar irəli sürür, məqsədi isə gərginlik yaratmaqdan başqa bir şey deyil.