Ru
14:57 / 11 İyul 2026

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Eye

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

"Bakupost" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AAYDA aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələrini xahiş edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar